...

Yaxın gələcəkdə Yerə oxşar planet tapılmayacaq

Maraqlı Materials 23 Oktyabr 2014 15:39 (UTC +04:00)
Yaxın gələcəkdə kainatda Yerə oxşar planet tapmaq çətin ki, mümkün olsun. Buna hələlik bəşəriyyətin malik olduğu texnologiyaların Yerə bənzər planet tapmasına imkan verməməsidir.
Yaxın gələcəkdə Yerə oxşar planet tapılmayacaq

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Yaxın gələcəkdə kainatda Yerə oxşar planet tapmaq çətin ki, mümkün olsun. Buna hələlik bəşəriyyətin malik olduğu texnologiyaların Yerə bənzər planet tapmasına imkan verməməsidir. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə astrofiziklər "Google Hangout" ilə konfransın gedişində bildiriblər.

Son illər astronomlar 1700-dən artıq ekzotik planet kəşf ediblər. Yeni kəşflər demək olar ki, hər gün baş verir. Alimlər hesab edirlər ki, onlardan öyrənilmək üçün ən maraqlısı ölçüsünə görə Yerdən böyük, amma Neptundan kiçik olan planetlərdir.

Onların sözlərinə görə, maraqlısı budur ki, bizim Günəş sistemində belə planet mövcud deyil.

Konfrans iştirakçıları, həmçinin müasir teleskopların yaxın gələcəkdə Yerə bənzər planet tapa bilməyəcəyi barədə eyni fikirləri bölüşürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti