...

ABŞ Konqresinin Dağlıq Qarabağa vəsait ayırması erməni lobbisinin işinin nəticəsidir – ekspert Amanda Akçakotsa

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Dekabr 2009 12:42 (UTC +04:00)
ABŞ Konqresinin 2010-cu il üçün Dağlıq Qarabağa maliyyə yardımı ayırması ABŞ-dakı erməni lobbisinin güclü işinin nəticəsidir, Cənubi Qafqaza dair avropalı ekspert Amanda Akçakotsa (Amanda Akcakoca) hesab edir.
ABŞ Konqresinin Dağlıq Qarabağa vəsait ayırması erməni lobbisinin işinin nəticəsidir – ekspert Amanda Akçakotsa

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir V.Javoronkova/

ABŞ Konqresinin 2010-cu il üçün Dağlıq Qarabağa maliyyə yardımı ayırması ABŞ-dakı erməni lobbisinin güclü işinin nəticəsidir, Cənubi Qafqaza dair avropalı ekspert Amanda Akçakotsa (Amanda Akcakoca) hesab edir.

"Bu yardım 15 ildən artıq müddətdə göstərilir, sözsüz ki, bu, ABŞ-dakı güclü erməni lobbisinin fəaliyyətinin nəticəsidir", - Avropa Siyasi Mərkəzinin (Belçika) eksperti Akçakotsa elektron Trend -a deyib.

ABŞ Konqresi Senat və Nümayəndələr Palatasının 2010-cu maliyyə ili üçün yardımlara dair qanun layihəsini təsdiqləyib və buna əsasən, Dağlıq Qarabağa yardım göstərmək üçün 8 milyon dollar ayrılacaq, "Novosti Armeniya" agentliyi məlumat verir. Bundan əlavə, Qarabağda proqram həyata keçirmək üçün istənilən məhdudiyyətlər götürülüb.

Onun sözlərinə görə, Qarabağda humanitar böhran yoxdur, bununla yanaşı, güman ki, bu pullar QHT-lərin konkret layihələrinə, abidələrin yaxşılaşdırılmasına və s. yönəldiləcək.

"Şəxsən mən Dağlıq Qarabağa maliyyə yardımı göstərilməsinin əleyhinəyəm, çünki bu belə bir təəssürat yaranır ki, ABŞ höküməti qeyri-qanuni rejimə dəstək verir", - ekspert əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti