...

Ermənistan vandalizmini ehtiva edən materiallar beynəlxalq təşkilatlara təqdim olunub - Səyavuş Heydərov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Dekabr 2019 11:47 (UTC +04:00)
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam və digər dinlərə aid onlarla dini məbədlər dağıdılıb.
Ermənistan vandalizmini ehtiva edən materiallar beynəlxalq təşkilatlara təqdim olunub - Səyavuş Heydərov

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam və digər dinlərə aid onlarla dini məbədlər dağıdılıb.

Trend-in məlumatıma görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə deyib.

S.Heydərov bildirib ki, ermənilərin bu məbədlərdə heyvanlar saxlaması barədə də məlumatlar verilib: “Əlbəttə, Ermənistan tərəfi bunu gizlətməyə çalışır, arabir bəzi məbədləri təmir etmək imitasiyası etməklə çirkin əməllərini gizlətməyə çalışır. Ancaq bu barədə beynəlxalq ictimaiyyətə kifayət qədər məlumat verilib. Ermənistan vandalizmini ehtiva edən kifayət qədər materiallar var və bu materiallar beynəlxalq təşkilatlara da təqdim olunub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti