...

Azərbaycan prezidenti cəbhə bölgəsində olub

Siyasət Materials 17 Yanvar 2008 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycan prezidenti İlham Əliyev bu gün Ağdam rayonuna səfəri çərçivəsində cəbhə bölgəsində olub. "Cəbhə bölgəsində döyüş vəziyyəti ilə yaxından tanış olmuşam, düşmən mövqelərini izləmişəm, əsgərlərlə söhbət etmişəm" cümə axşamı Ağcabədi rayonuna qazın bərpa olunması mərasimində çıxış edərkən Azərbaycanın dövlət başçısı İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan müharibəsiz də torpaqlarını geri qaytara bilər. "Azərbaycanın iqtisadi gücü və beynəlxalq aləmdə nüfuzu artıb. Amma hərbi güc mühüm rol oynayır. Ona görə də bu istiqamətdə mühüm işlər görülür" prezident əlavə edib.

Xəbər lenti

Xəbər lenti