...

Azərbaycanın gənclər hərəkatı regionlardakı gəncləri prezident seçkilərinə cəlb edir

Siyasət Materials 5 Mart 2008 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı,05 mart / " , müxbir C.Babayeva/ "İrəli" ümümrespublika gənclər hərəkatı Bakı və Azərbaycanın regionlarında qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar, gənclər arasında maarifləndirmə işləri aparacaq. Bu barədə çərşənbə günü Trend -a hərəkatın həmtəsisçilərindən biri Elnarə Qəribova məlumat verib.

Azərbaycanda prezident seçkiləri 2008-ci ilin payızında keçiriləcək.

Qəribovanın sözlərinə görə, maarifləndirmə kursları ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycandakı nümayəndələyi ilə birgə təşkil olunacaq.

"Kurslarda seçki prosesi, namizədlərin irəli sürülməsi, prezidentliyə namizədlərin platformaları imitasiya olunacaq",- deyə Qəribova bildirib.

İki ildən çox fəaliyyət göstərən "İrəli" ümumrespublika gənclər hərəkatının beş mindən çox üzvü var. İki il ərzində hərəkat 500-dən çox müxtəlif layihələr həyata keçirib.

Xəbər lenti

Xəbər lenti