...

Azərbaycan ziyalıları qərargahla bağlı problemlərini müvəqqəti həll ediblər

Siyasət Materials 3 Sentyabr 2008 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan Ziyalıları Birliyi qərargahla bağlı problemini həll edib.

"Birliyin üzvləri öz hesablarına qərargahı saxlamağa köməklik göstərirlər", - deyə çərşənbə günü Trend -a Birliyin sədri Eldəniz Quliyev məlumat verib.

Trend -un arayışı: İyulun sonunda Azərbaycan Ziyalıları Birliyi maliyyə çətinliyinə görə fəaliyyət göstərdiyi qərargahı tərk etməyə və müəvəqqəti olaraq üzvlərinin birinin mənzilində fəaliyyət göstərməyə hazırlaşırdı.

Quliyevin sözlərinə görə, Birliyin "Azərbaycan mədəniyyətinin tərəqqisi" layihəsi Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi qrant müsabiqəsində qalib gəlib və bu da qərargahla bağlı problemi müvəqqəti həll etməyə müəyyən qədər imkan verib.

Trend -un arayışı: Azərbaycan Ziyalıları Hərəkatı 2003-cü ildə yaradılıb və 2007-ci ildə Ədliyyə Nazirliyində Azərbaycan Ziyalıları Birliyi rəsmi qeydiyyatdan keçib. Təşkilatın məqsədi Azərbaycan ziyalılarının hüquqlarının müdafiəsi və müxalifətlə iqtidar arasında barışığa nail olmaqdır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti