...

Azərbaycanın müxalifət partiyası geniş tərkibdə koalisiyasının yaradılması üçün heç bir partiyadan təklif almayıb

Siyasət Materials 23 İyul 2009 12:07 (UTC +04:00)
“Bu səbəbdən Azərbaycan Xalq Cəbhəsinin (AXC) yenidən bərpa ediləcəyini, yaxud yeni Milli Müqavimət Hərəkatının (MMH) yaradılacağını düşünmürəm”, - cümə axşamı Trend News-a “Qarabağ və Respublika Uğrunda Hərəkat”da təmsil olunan Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalifət partiyası müxalifətin daha geniş tərkibdə koalisiyasının yaradılması üçün heç bir partiyadan təklif almayıb.

"Bu səbəbdən Azərbaycan Xalq Cəbhəsinin (AXC) yenidən bərpa ediləcəyini, yaxud yeni Milli Müqavimət Hərəkatının (MMH) yaradılacağını düşünmürəm", - cümə axşamı Trend -a "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Trend -un arayışı: "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Müsavat Partiyasının başqanı İsa Qəmbər bir müddət əvvəl Azərbaycan Xalq Cəbhəsinin bərpası və bütün müxalifət qüvvələrinin burada birləşməsini təklif edib.

Demokratiya Uğrunda İttifaqda təmsil olunan Klassik Xalq Cəbhəsi Pariyasının sədri Mirmahmud Mirəlioğlu isə bu günlərdə Milli Müqavimət Hərəkatının yaradılması təklifi ilə çıxış edib.

"Qarabağ və Respublika Uğrunda Hərəkat"ı Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat, Müsavat və Ümid partiyaları, eləcə də bir neçə ictimai təşkilat təsis edib.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassık Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Ağazadənin sözlərinə görə, AXC-nin yenidən bərpası və MMH-nin yaradılması gündəmə gələrsə, bununla bağlı partiya daxilində mütləq müzakirələr aparılmasına ehtiyac yaranacaq. "Biz ilk növbədə məqsədin nədən ibarət olduğunu dəqiq bilməliyik. Bu günə qədər isə partiyamıza heç bir yeni qurumun yaradılması ilə bağlı rəsmi təklif daxil olmayıb", - partiya sədri əlavə edib.

Onun fikrincə, Azərbaycanın bir neçə aparıcı partiyası martın 18-də Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum ərəfəsi "Qarabağ və Respublika Uğrunda Hərəkat"da birləşdiyindən, indi digər partiyaların da üzv olacağı yeni bir qurumun yaradılmasına ehtiyac yoxdur. "Həmin hərəkatda ölkədə kifayət qədər nüfuzu olan partiyaları birləşiblər. Biz indi bələdiyyə seçkilərində birgə iştirakla bağlı müzakirələr aparırıq. Əgər niyyətimiz baş tutarsa, düşünürəm ki, gələcəkdə də bu hərəkat Azərbaycan müxalifətinin ən mütəşəkkil siyasi qüvvəsinə çevrilə biləcək", - Ağazadə vurğulayib.

Müхаlifəti təmsil еdən Ümid Pаriyаsı 1993-cü ildə yаrаdılıb. 2002-ci ildə Vətəndаş Birliyi Pаrtiyаsı (VBP) Ümid Pаriyаsınа birləşib. VBP-nin sədri оlmuş İqbаl Аğаzаdə Ümid Pаrtiyаsınа sədr sеçilib. Аğаzаdə Milli Məclisin dеputаtıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti