Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyası ATƏT-in seçki ilə bağlı verdiyi tövsiyəsini müsbət qiymətləndirir.
"ATƏT-in "dəyirmi masa"ları seçkiyə olan vaxta qədər sərbəst toplaşmanın seçki qanunvericiliyinə uyğun keçirilməsinə öz tövsiyələrini verir", - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə AXCP sədri Əli Kərimli bildirib.
ATƏT-in Bakı ofisi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İdarəsinin tövsiyələri əsasında bu gün "dəyirmi masa" təşkil edib. Siyasi partiya, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyət təmsilçilərinin iştirak edəcəyi "dəyirmi masa"nın əsas müzakirə mövzusu "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun icrası və seçki prosesinə, qanunsuz müdaxilə də daxil olmaqla, seçki kampaniyasının aparılması məsələləri müzakirə olunub.
Kərimli hesab edir ki, iqtidar-müxalifət dialoqu baş tutmursa, onda beynəlxalq təşkilatlar hakimiyyətlə seçki məsələsinə əməkdaşlığını gücləndirməlidir.
Azərbaycanda noyabrın əvvəllərində Parlament seçkisi keçiriləcək.