...

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri başa çatdı

Siyasət Materials 3 Oktyabr 2014 16:23 (UTC +04:00)
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri başa çatıb.
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri başa çatdı

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, sentyabrın 19-dan başlayan Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri oktyabrın 3-də başa çatıb.

Qeyd edək ki, təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanları yerinə yetirilib.

Aviasiya vasitələrinin iştirakı keçirilən birgə təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti