Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Səftər Hacıyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycana sadiqliyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini yüksək peşəkarlıqla təmin etdiyinə görə polkovnik Səftər Heydər oğlu Hacıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.