Dini Komitədən Qurban bayramı ilə bağlı tövsiyələr: Cəmiyyəti parçalamağa çalışan qüvvələrin qarşısını kəsməliyik

Dini Komitədən Qurban bayramı ilə bağlı tövsiyələr: Cəmiyyəti parçalamağa çalışan qüvvələrin qarşısını kəsməliyik

Bakı. Elçin Mehdiyev – Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Qurban bayramı ilə bağlı Trend-ə müsahibəsi:

- Səyavuş müəllim, Qurban bayramına hazırlıq prosesi necə gedir?

- Bildiyiniz kimi, müstəqilliyimizin bərpasından sonra milli-mənəvi dəyərlərə qayıdış prosesinin bir elementi və bu dəyərlərin tərkib hissəsi olan İslam dininə məxsus bayramların – Ramazan və Qurban bayramlarının rəsmi şəkildə qeyd edilməsi artıq ənənə halını alıb. Bu il Qurban bayramı ilə əlaqədar avqust ayının 12 və 13-ü rəsmi olaraq qeyri-iş günü elan edilib. Vətəndaşların məscidlərdə sərbəst, təhlükəsiz, qanunvericiliyin tələblərinə uyğun şəkildə ibadətlərini yerinə yetirmələrinin təmin olunması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq işlər görülməkdədir. Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə tövsiyələrini dindarlara çatdırıb. Ölkəmizdə Qurban bayramı namazı 12 avqust saat 9:00-da qılınacaq.

Məlum olduğu kimi, Qurban bayramında adi günlərdən fərqli olaraq daha çox kütləvi şəkildə qurbanlıq heyvanlarının kəsimi və satışı həyata keçirilir. Bununla əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri tərəfindən kəsimin sanitar-gigiyena tələbləri çərçivəsində icra edilməsi istiqamətində birgə müvafiq tədbirlər planlaşdırılıb. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakıda və regionlarda 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi quraşdırılacaq. Həmçinin, kəsiləcək heyvanların sağlamlığının yoxlanılması istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görüləcəkdir.

- Qurban bayramı ilə bağlı tövsiyələriniz nələrdir?

- Dindarlara, inanclı insanlarımıza tövsiyələrimiz ondan ibarətdir ki, bayramı xalqımızın milli-mənəvi dəyərlərinə uyğun şəkildə keçirsinlər. Bu bayramı bir fürsət bilərək övladlarına yardımlaşma və paylaşmanın cəmiyyət üçün faydalarını izah etsinlər, qurban ibadətinin mahiyyətini doğru şəkildə çatdırmağa çalışsınlar, umumiyyətlə İslam dininin ümumbəşəri dəyərlərini, xalqımızın tolerantlıq ənənələrini övladlarına təlqin etsinlər.

Qurban payından sadəcə müsəlmanlara deyil, digər din mənsublarına, eləcə də inancından asılı olmayaraq, bütün ehtiyacı olanlara verilməsi təqdirəlayiq bir davranış olardı. Bu dinimizdə də tövsiyə olunan əməllərdəndir.

Eyni zamanda, Qurban kəsimini həyata keçirərkən azyaşlıların psixoloji durumunu nəzərə alaraq, bunu onların gözü önündə etməsinlər.

Onu da qeyd emək istəyirik ki, bəzi qüvvələr dini ayinlərin icrası zamanı milli-mənəvi dəyərlərimizə, ölkəmizin coğrafi mühitinə uyğun olmayan, kənardan idxal olunan dini təqvimlərdən istifadə edərək ölkəmizdə dini sahədəki sabitliyə və əmin-əmanlığa kölgə salmağa, dindarlarımız arasında ikitirəlik, nifaq yaratmağa cəhd göstərirlər. Bununla əlaqədar olaraq dindar vətəndaşlarımıza yad ünsürlərin zərərli təbliğatına uymamağı və dini ayinlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hazırlanmış təqvimlərdən istifadə etməyi tövsiyə edirik.

Bildirmək istəyirik ki, bayramlar özündə birlik və həmrəyliyi təcəssüm etdirir. Buna görə də bayramları mahiyyətinə uyğun şəkildə, birlikdə keçirməliyik. Qeyd edilənləri nəzərə alaraq, bu il də Qurban bayramını və ibadətlərimizi Qafqaz Müsəlmanları İdarəsinin təqvimində göstərilən tarixdə və vaxtda həyata keçirərək, hər addımda aramıza nifaq salmağa, özündə mənəvi yüksəlişi ehtiva edən dini bayramlarda cəmiyyəti parçalamağa çalışan qüvvələrin qarşısını kəsməliyik.

"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
Oğurluq üstündə tutuldular, başqa cinayətləri də üzə çıxdı
Bakıda keçmiş məhkumlar avtomobildən oğurluq ediblər
“Atabank” və “Amrahbank” əmanətlərinin kompensasiyası “Kapital Bank”la ödəniləcək
Arzu Nağıyev: Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq arenada çox mühüm addımlar atır (VİDEO)
Qaradağda mağazadan oğurluq edən şəxs saxlanılıb
Tural Gəncəliyev kanadalı deputatın Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndəsinə göndərdiyi “təbrik məktubu”na kəskin etiraz edib
Arzu Nağıyev: İnternet azadlığı heç bir halda digər azadlıqları məhdudlaşdırmamalıdır
Cəlilabadda “Range Rover”dən 6 kiloqramdan artıq narkotik götürüldü
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
İranda daha 2 282 nəfər koronavirusa yoluxdu
Milli Məclisin gündəliyi dəyişdirilib
Hikmət Babaoğlu: Donald Trampın sosial şəbəkələrlə bağlı qərarı mövcud informasiya xaosuna nizam gətirmək cəhdidir
“Azərtoxum” MMC-nin bıçaqlanan direktoru danışdı
Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılır
Bakıda "07"lərə qənim kəsilən oğru saxlanıldı - FOTO
Elman Nəsirov: Donald Trampın sosial şəbəkələrin məsuliyyətə cəlb edilməsi ilə bağlı qərarı düzgün addımdır
Mayın son günü güclü külək əsəcək
Tədqiqatçı: Ulu öndər Heydər Əliyevin Azərbaycan hakimiyyətinə ikinci dəfə qayıdışı dövlətçilik tariximizin şanlı səhifələrindəndir
Ombudsmanın Quba Regional Mərkəzi videokonfrans formatında tədbir keçirib
Bakıda 6 yeni dayanacaq məntəqəsi təşkil edilib (FOTO)
Maştağada istixanada narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb (FOTO)
Azərbaycan-Rusiya sərhədindəki sıxlıqla bağlı DGK açıqlama yaydı
Zakir Həsənov: Düşmən və ona dəstək verən bəzi qüvvələr tərəfindən Ordumuza qarşı aparılan kampaniyalar heç bir nəticə vermir (FOTO)
Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri
“Reabilitasiya” elektron sistemi yaxın zamanda işə başlayacaq
TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx hazırlayıb (VİDEO)
Tamam Cəfərova: Prezident İlham Əliyevin həyata keçirdiyi bütün layihələrin əsasını insan faktoru təşkil edir
Sədərək Ticarət Mərkəzinə sahibkar və satıcıların maskasız girişi qadağan edildi
"COVİD 19" pasportu uçuşlar bərpa olunduqdan sonra tətbiq oluna bilər
Politoloq: Hərbi qüdrətimiz, iqtisadi üstünlüyümüz torpaqlarımızın azad olunmasında əsas rol oynayacaq
Həsən Ruhani: Tez zamanda koronavirusdan əvvəlki şəraitə qayıtmaq mümkün deyil
Ermənistanda koronavirusa yoluxanların sayı 9 minə çatır
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb
FAO Azərbaycanda pandemiyanın nəticələrinin aradan qaldırmaq üçün layihələr həyata keçirməyi planlaşdırır
Su hovuzunda və yaşadığı evdə narkotik becərənlər saxlanılıb (FOTO)
Qaradağ sakinləri 1 saylı DOST mərkəzinin xidmətlərindən faydalana biləcək
Vətəndaşların nəzərinə! Kafe və restoranlar bu qaydalar əsasında işləyəcək
Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılır (FOTO/VİDEO)
Cəlilabadda narkotacir qohumlar 6 kiloqram narkotiklə saxlanıldılar (FOTO)
Sumqayıtda ağır qəza - Ölənlər var
Atəşkəs 29 dəfə pozulub
Vüqar İskəndərov: İndiki milli satqınlar dediyimiz o cinayətkar ünsür dəstəsi, o vaxtın donos yazanlarından fərqlənmir
Bakı polisi əməliyyat keçirdi, heroin alverçiləri zərərsizləşdirildi
Bəxtiyar Əliyev: Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir
İsveçrədə 28 May - Respublika Günü münasibəti ilə vebinar konfrans keçirilib
Səudiyyə Ərəbistanında məscidlər açılacaq
Azərbaycan Türkiyədən dənli və paxlalı bitki ixracını artırıb
Tunis prezidenti fövqəladə vəziyyət rejimini altı ay uzadıb
Türkiyədə qəza baş verib: ölənlər var
Bakıda taxta bazarı ərazisində yanğın olub
ABŞ-ın Minneapolis şəhərində komendant saatı tətbiq olunub
"Twitter"in işində problem yaranıb
Misirdə sutkada koronavirusdan ən çox ölüm faktı qeydə alınıb
Moskvada koronavirusa yoluxan daha 78 xəstə ölüb
Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 107 mindən çox artıb
Ucarda 4 otaqlı ev yanıb
"Brent" markalı neftin qiyməti 38 dollardan yuxarı qalxıb
ABŞ-da ən böyük kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib
Pərvin Kərimzadə: “Qobu Park-3” ardıcıl və məqsədyönlü siyasətin davamıdır
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Hikmət Babaoğlu: Sosial layihələrin məhdudiyyətsiz olaraq həyata keçirilməsi dövlətin vətəndaşın yanında olduğunun göstəricisidir
Türkiyədə son sutkada koronavirusdan 1 594 nəfər sağalıb
Avropa İttifaqından ərazi bütövlüyünə növbəti qəti dəstək
ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
Hava şəraitinin dəyişəcəyi ilə bağlı XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan: Türkiyə mövcud imkanlarından istifadə edərək fərqli bir yerə gəlib
Pakistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Bütün sahələr üzrə karantin qaydalarını pozanlar məsuliyyətə cəlb ediləcək
Vətəndaşlar dövlətimizin başçısına yazırlar: Siz bütün cəbhələrdə qalibsiniz və biz qalib Prezidentimizlə həmişə fəxr edirik
Rusiya və Türkiyədə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunacaq
Ramin Bayramlı: Təcridxanalarda koronavirusla bağlı epidemioloji vəziyyət sabitləşib
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA
Uşaq bağçalarının yaxın vaxtlarda açılması gözlənilmir
Tural Gəncəliyev: Dağlıq Qarabağın erməni icması üçün yeganə təhlükəsizlik riski işğala əsaslanan hazırkı status-kvodur
TƏBİB: Xəstəxanalarda çarpayı fondu ilə bağlı hələ imkanlar var
Gələn ay işsizlərə birdəfəlik ödəmənin verilməsi Nazirlər Kabinetində müzakirə edilir
Karantin zamanı bank kreditləri necə ödənilməlidir? - Operativ Qərargah açıqlayır
Toy mərasimlərinin bərpası ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA
Ramin Bayramlı: Həftə sonları xüsusi karantin rejimi tətbiq edilə bilər
TƏBİB: Xarici ölkələrdə yoluxmanın qarşısının alınması üçün ciddi cərimələr tətbiq edilir
Yoluxmaların çoxu yas mərasimlərində olur - Ramin Bayramlı
Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah məşqi keçirilib (FOTO/VİDEO)
Vətəndaş qəbulu aparılacaq müəssisələrdə sosial məsafə üçün xüsusi işarələr olmalıdır - TƏBİB
Əksər marketlərdə metodiki tövsiyələrə əməl edilmir - Ramin Bayramlı
Kafe və restoranlarda açıq bufetdən istifadə qadağandır - RƏSMİ
“Sədərək” ticarət mərkəzi ilə bağlı TƏBİB-dən AÇIQLAMA
İyunun 8-dən sonra ölkə daxilində uçuşların bərpası gözlənilir
Ramin Bayramlı: Bəzi obyektlərin açılması epidemioloji vəziyyətin ürəkaçan olması ilə bağlı deyil
Koronavirusa ümumi yoluxmanın 47 faizi Bakının payına düşür - Ramin Bayramlı
Vladimir Zelenski Azərbaycanın Ukraynada yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)
Ölkə daxilində uçuşlara xüsusi nəzarət olunacaq - Operativ Qərargah
Karantin rejimində iqtisadi artım bərpa olunsa da, paralel olaraq özümüzü qorumalıyıq - İbrahim Məmmədov
Ramin Bayramlı: Ölkədə aktiv xəstələrlə yanaşı, ağır vəziyyətdə olanların da sayı artıb
İbrahim Məmmədov: Yoluxmanın artdığı bölgə qapadıla bilər
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 103 nəfər sağalıb, 2 nəfər ölüb
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib (FOTO)
UNEC-in 90 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib (FOTO)
VII "Virtual əlaçı" bilik yarışmasına start verilir
Bakıda avtobusun vurduğu piyada hadisə yerində öldü
Bütün xəbərlər