...

Seçkilərlə əlaqədar MSK-a şikayətlərin sayında azalma var - Məzahir Pənahov

Siyasət Materials 20 Yanvar 2020 10:44 (UTC +04:00)
Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) edilən şikayətlərin sayı azdır.
Seçkilərlə əlaqədar MSK-a şikayətlərin sayında azalma var - Məzahir Pənahov

Bakı. İlhamə İsabalayeva - Trend:

Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) edilən şikayətlərin sayı azdır.

Trend-in məlumata görə, bunu MSK sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, yalnız Seçki Məcəlləsinin tələblərinə uyğun olan şikayətlərin sayı deyil, ümumilikdə şikayətlərin sayında azalma müşahidə olunur: "Bəzi şikayətlər var ki, biz istəsək də, onlar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq MSK-nın iclasında müzakirəyə çıxarıla bilməz. Belə şikayətlər də daxil olmaqla, MSK-ya daxil olan şikayətlərin sayı 40-ı keçməyib".

M.Pənahov bildirib ki, parlament seçkilərində iştirak üçün rekord sayda namizədlərin qeydə alınması müsbət haldır:

"Görünür ki, artıq insanlar cəmiyyətdə baş verən dəyişikliklərə biganə yanaşmırlar. İctimaiyyət tərəfindən ölkədə baş verən proseslərə qarşı fəallıq hiss olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti