...

QHT-lərin Şuşa şəhərinə təşkil olunan 3 günlük səfəri bu gün başa çatır (FOTO)

Siyasət Materials 10 Sentyabr 2022 15:31 (UTC +04:00)
QHT-lərin Şuşa şəhərinə təşkil olunan 3 günlük səfəri bu gün başa çatır (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Qeyri-hökumət təşkilatlarının (QHT) Şuşa şəhərinə təşkil olunan 3 günlük səfəri bu gün başa çatır.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının geniş tərkibdə nümayəndə heyətlərinin Şuşa şəhərinə növbəti səfərlərində 450 nəfər iştirak edib.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfəi çərçivəsində QHT nümayəndələri , habelə bloger və ictimai fəallar səfər etdikləri ərazilərdə işğalın ağır nəticələri, Azərbaycan xalqının maddi-mədəni və tarixi irsinə qarşı törədilmiş soyqırımı fəaliyyəti nəticəsində dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olublar. Eyni zamanda, səfər iştirakçıları Şuşada və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və genişmiqyaslı tikinti işlərinin həcmini, sürətini izləyiblər. Onları ermənilərin Şuşa şəhərini işğal altında saxladığı dövrdə şəhərin tarixini silmək üçün, xüsusilə, qədim tikililəri, xan və bəy evlərini, tarixi memarlıq abidələrini məhv etdiklərini gözləri ilə görüblər.

Səfər iştirakçıları Şuşa şəhərində Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini, Bülbül, Üzeyir Hacıbəyli və Xurşud Banu Natəvanın büstlərini, eyni zamanda, Şuşa Qala Qapısını ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti