...

Qırğızıstan Azərbaycana yeni səfir təyin edib

Siyasət Materials 7 İyun 2024 16:18 (UTC +04:00)
Qırğızıstan Azərbaycana yeni səfir təyin edib
Abdullo Janob
Abdullo Janob
Bütün xəbərlər

Bişkek. Trend:

Qırğızıstan Azərbaycana yeni səfir təyin edib.

Trend bu barədə Qırğız Respublikasının prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

"Qırğız Respublikasının prezidenti Sadır Japarovun imzaladığı fərmana əsasən, Mamıtkanov Maksat Suyunaliyeviç Qırğız Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub", - məlumatda deyilir.

Sadır Japarovun digər fərmanı ilə Qırğızıstanın Azərbaycandakı keçmiş səfiri Kayrat Osmonaliyev tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Qırğızıstanla Azərbaycan arasında diplomatik əlaqələr 1993-cü il yanvarın 19-da qurulub. İkitərəfli müqavilə-hüquqi bazasının əsas sənədi 1997-ci il aprelin 23-də Bakıda imzalanmış dostluq və əməkdaşlıq haqqında saziş təşkil edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti