...

Prezident İlham Əliyev: Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdləri birmənalı şəkildə uğursuz olacaq (VİDEO)

Siyasət Materials 9 Aprel 2025 09:52 (UTC +04:00)
Prezident İlham Əliyev: Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdləri birmənalı şəkildə uğursuz olacaq (VİDEO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalayıb. Bütün bunlar coğrafi, siyasi, iqtisadi və nəqliyyat sahələrində Mərkəzi Asiya regionu ilə və Avropa arasında ümumi yanaşmaları formalaşmağa imkan yaradıb.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib: “Regionda uzunmüddətli əməkdaşlığa gəldikdə, görə bilərsiniz ki, əgər xəritəyə baxsaq, Azərbaycan burada əsas yer tutur. Bəziləri Azərbaycanın nəinki bu prosesdən, o cümlədən, ümumiyyətlə, prosesdən ayırmaq və Cənubi Qafqazda ayırıcı xətləri çəkmək cəhdi göstərir. Lakin bu, birmənalı olaraq uğursuz olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti