...

Azərbaycanın müxalifət partiyaları Qarabağ probleminin həlli ilə bağlı təkliflərini açıqlayıblar

Siyasət Materials 24 May 2007 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Üç müxalifət partiyasını birləşdirən Demokratiya Uğrunda İttifaq Qarabağ probleminin həlli ilə bağlı təkliflərini ictimaiyyətə təqdim edib. Cümə axşamı ictimai, siyasi təşkilatların, ziyalıların iştirakı ilə keçirilən Qarabağ Forumunda İttifaqın sənəd layihəsi təqdim edilib.

İttifaq hesab edir ki, Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının hansı prinsiplər çərçivəsində aparıldığı açıqlanmalıdır: "Ermənistandan Rusiya qoşunlarının çıxarılması məsələsi qaldırılmalıdır. Azərbaycan hakimiyyəti Qarabağ probleminin müddətli həlli proqramını qəbul etməlidir. Həmçinin ATƏT-in Minsk qrupunun vasitəçiliyinin də müddəti olmalıdır. Qarabağ və ərazi institutları yaradılmalıdır. Milli qüvvələr ABŞ, Rusiya, Fransa və İranın Ermənistana dəstəyinin dayandırılması üçün geniş kampaniyaya başlamalıdır. BMT Nizamnaməsinin təcavüzkar dövlətin öz adı ilə tanınması, sanksiyalar tətbiq olunması və bununla bağlı qonşu dövlətlərin məsuliyyətini nəzərdə tutan tələblər yerinə yetirilməlidir"-deyə sənədin bəndlərində qeyd olunur.

Demokratiya Uğrunda İttifaqda Azadlıq, Milli Demokratiya və Klassik Xalq Cəbhəsi partiyaları təmsil olunur.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti