İranda hazırda 83 min nəfər QİÇS virusunun daşıyıcısıdır, 2007-ci ildə bu rəqəm 80 min nəfər təşkil edirdi, bu barədə İranın Səhiyyə Nazirliyinin QİÇS-lə mübarizə şöbəsinin başçısı Abbas Sədaqət bildirib, ISNA agentliyi xəbər verir.
Sədqət həmçinin əlavə edib ki, İranda bu virusa yoluxma hallarının azaldılması üçün həbsxanalarda, ictimai yerlərdə proqramlar həyata keçirilir, eyni zamanda narkotik vasitələrin satılması və istifadə edilməsinin qarşısının alınması məqsədilə təbliğat işləri aparılır. Bu proqamlar həm beynəlxalq səhiyyə təşkilatları, həm də BMT-nin QİÇS-lə mübarizəyə yönəlmiş birgə proqramlarının tələblərinə uyğun şəkildə həyata keçirilir.