...

Azərbaycanda əsgərlərin hədə-qorxu yolu ilə əməkhaqlarını almaqda ittiham olunan hərbi qulluqçuların məhkəməsi başlayıb

Cəmiyyət Materials 15 Mart 2010 13:24 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissəsinin kiçik çavuşları - Şamxal Mehdiyev və Cəsarət Qasımovun cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Azərbaycanda əsgərlərin hədə-qorxu yolu ilə əməkhaqlarını almaqda ittiham olunan hərbi qulluqçuların məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda əsgərlərin hədə-qorxu yolu ilə əməkhaqlarını almaqda ittiham olunan hərbi qulluqçuların məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi MəhkəməMüdafiə Nazirliyinin Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissəsinin kiçik çavuşları - Şamxal Mehdiyev və Cəsarət Qasımovun cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Prokurorun çıxışından sonra, ifadə verən təqsirləndirilən şəxslər özlərini ittiham üzrə təqsirli biliblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə (331.3), bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə (332.2.3), soyğunçuluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə (180.2.1), soyğunçuluq təkrar törədildikdə (180.2.2), insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə (180.2.4), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, zor tətbiq etmə ilə hədə-qorxu gəlmə (182.2.1, 182.2.2, 182.2.3) maddələri ilə ittiham edilirlər.

Təqsirləndirilən şəxslər hərbi hissədə xidmət keçərkən qanunsuz olaraq, hədə-qorxu yolu ilə 2009-cu ilin yanvar-iyun ayları ərzində əsgərlərin əməkhaqlarını alıblar. Əməkhaqqını verməyən əsgərləri isə döyərək, işgəncə veriblər.

Xəbər lenti

Xəbər lenti