...

Bakı yol polisi sürücülərə xəbərdarlıq etdi

Cəmiyyət Materials 24 Noyabr 2012 17:01 (UTC +04:00)
Sabah Aşura mərasimləri ilə əlaqədar Bakı şəhərində yerləşən məcsidlər və onlara bitişik yollar istiqamətində bütün avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək.
Bakı yol polisi sürücülərə xəbərdarlıq etdi

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Sabah Aşura mərasimləri ilə əlaqədar Bakı şəhərində yerləşən məcsidlər və onlara bitişik yollar istiqamətində bütün avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək. Bu barədə Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

"Məscidlər boyu hərəkət edənlərin, ümumiyyətlə, bütün tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, yol hərəkətində rahat, fasiləsiz və təhlükəsiz hərəkətin təşkil edilməsi məqsəsilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, bu istiqamətlərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin", - o deyib.

Əsədov qeyd edib ki, məscid və ziyarətgahlarda keçiriləcək tədbirlərə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrinin köməyi ilə hərəkət etmək tövsiyə edilir.

"Tədbirlər başa çatdıqdan sonra məscidlərin yerləşdiyi ərazi boyu hərəkət tam bərpa ediləcək", - bölmə rəisi bildirib.

Qeyd edək ki, Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə sabah paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti