...

Bakıda Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2014 13:46 (UTC +04:00)
Bu gün Azərbaycanda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir.
Bakıda Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir (FOTO)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycanda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir.

Trend-in məlumatına görə, ölkənin 14 məscidində keçirilən könüllü qanvermə aksiyasında 2354 nəfər 1000 litrə yaxın qan verib.

Aksiyada Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da iştirak edib.

Toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qanvermə aksiyası günün sonuna kimi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti