...

Kolleclərə qəbul olanların 76%-i qeydiyyatdan keçib: Sabah son gündür

Cəmiyyət Materials 30 Avqust 2017 10:24 (UTC +04:00)
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin təhsil müəssisələrində qeydiyyatı avqustun 31-dək davam edəcək.
Kolleclərə qəbul olanların 76%-i qeydiyyatdan keçib: Sabah son gündür

Bakı. İlhamə İsabalayeva - Trend:

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin təhsil müəssisələrində qeydiyyatı avqustun 31-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, abituriyentlər 31 avqust saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

30 avqust saat 10:00-a olan məlumata əsasən, qəbul olan abituriyentlərdən 76%-i artıq qeydiyyatdan keçib.

Xatırladaq ki, qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti