Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib (FOTO)

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, toplatını açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə ölkə mediasına da aid edilə biləcək fikirlərini bölüşüb. Bu fikirlər cəmiyyətdə geniş müzakirələr doğurub.

Dövlət başçısı bildirib ki, iqtidarda olan bəzi vəzifə sahibləri islahatlara qarşı çıxırlar. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrların qaralanması halları olur ki, bu zaman mətbuatdan istifadə edirilir. Prezident medianın daxili mübarizə növünə çevrildiyinə, bir hökumət üzvünün digəri tərəfindən şantaj edildiyinə, ləkələndiyinə diqqət çəkərək vəziyyəti dözülməz adlandırıb, belə mənfi təmayülləri islahatlara maneçilik törədən hallar kimi dəyərləndirib, bununla barışılmayacağını vurğulayıb. Ə.Amaşov deyib ki, medianın özünütənzimləmə qurumu olan Azərbaycan Mətbuat Şurası məsələyə münasibətini ifadə etməli, fəaliyyət perspektivlərini müəyyənləşdirməlidir.

MŞ İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dövlət idarəçiliyi baxımından kifayət qədər aktual olan məsələyə həssas münasibət göstərdiyi üçün təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, mediamız mahiyyətcə yenilikləri, cəmiyyəti inkişafa aparan prosesləri dəstəkləyən mütərəqqi təbiətə malikdir. Dövlət başçısı da buna çalışır və onun mesajları jurnalistika qarşısında yeni vəzifələr müəyyənləşdirir. Ölkənin aparıcı KİV-ləri Prezidentin kursuna sadiqdirlər, bu vəzifələri yerinə yetirməyə, mövcud istiqamətdə qətiyyətli mövqe və iradə nümayişinə hazırdırlar.

MŞ İdarə Heyətinin üzvləri çıxışlarında ölkədə media sahəsindəki duruma, o cümlədən jurnalistikadan sui-istifadə hallarını şərtləndirən cəhətlərə ətraflı nəzər salıblar. Bu sui-istifadələrin fəsadlarının indiyədək də hiss olunduğunu diqqətə çatdıran İH üzvləri vurğulayıblar ki, hazırda vəziyyətin ciddiliyi ölkəmizin gələcəyi üçün aparılan islahatlara maneçilik törətmə meyli ilə əsaslandırılır.

İclasda bildirilib ki, media məkanımızdakı mənfi tendensiyalardan biri ayrı-ayrı şəxslərin sırf təmənnalı münasibətdən irəli gələn, şantaj məqsədilə yaratdıqları informasiya saytları ilə əlaqədardır. Belələri bir qayda olaraq konkret hədəf seçir və onunla bağlı həqiqətə uyğun olmayan, uydurma fikirləri, mülahizələri yayır. Bir çox hallarda özləri kimi cəmiyyətdə tanınmayan media vasitələrinin şəbəkəsində təmsil olunurlar. Nəticə etibarilə bir tənqid hədəfi barədə bəzən on-on beş saytda material yer alır. Beləliklə məsələnin ictimailəşdiyinə dair rəy formalaşdırılır ki, bu isə barəsində yazılan şəxsdə qorxu və çaşqınlıq yaratmaq məqsədi güdür.

İkinci cəhət budur ki, ziddiyyətli münasibətdə olan tərəflərdən biri digərini hədəf seçir. Bu zaman saxta elektron poçt ünvanı yaradılır. Həmin ünvan vasitəsilə rüsvayedici materiallar təxminən otuz-qırx və daha çox saytın elektron poçt ünvanına yönləndirilir. Saytlar isə həmin materialları heç bir araşdırma aparmadan, qarşı tərəfin mövqeyinin öyrənilməsi prinsipinə məhəl qoymadan, əsl həqiqətlərin nədən ibarət olduğunu aydınlaşdıramağa cəhd göstərmədən yayımlayırlar. Bəzən ictimai rəydə müəyyən çəkisi olan informasiya resursları da məsələyə həssas yanaşmayaraq həmin materialları tirajlayır, qeyri-peşəkarlığa yol verirlər.

Növbəti xoşagəlməz cəhət ayrı-ayrı vəzifə sahiblərinin sırf rəqiblərini sıradan çıxarmaq məqsədilə ilə əllərində saxladıqları, bir çox hallarda özləri tərəfindən yaratdıqları internet media vasitələri ilə bağlıdır. Bu saytlar gündəlik fəaliyyətlərində adətən adi xəbər yayıcısı kimi görünürlər. Ayrı-ayrı şəxslərin təmənnalı münasibətdən irəli gələn şantaj məqsədilə yaratdıqları informasiya vasitələrinin materiallarından fərqli olaraq, belə resurslarda ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı ilə bağlı həqiqiliyi təsdiqlənmiş, şübhə doğurmayan, ciddi informasiya resurslarından olduğu kimi götürülmüş xəbərlər yer alır. Ancaq «zərurət» yarandığı hallarda konkret hədəflər aydın görünür.

MŞ İdarə Heyətinin üzvləri vəziyyətdən çıxmaq üçün təkliflər səsləndiriblər. Bu xüsusda bildirilib ki, ölkə qanunvericiliyində internet kütləvi informasiyanın yayıldığı areal kimi göstərilir. Ancaq qanun internet üzərindən yayımlanan media orqanlarını hüquqi baxımdan kütləvi informasiya vasitəsi kimi tanımır. Onların bir hissəsi məhdud məsuliyyətli cəmiyyət statusunda fəaliyyətdədirlər. Mütləq əksəriyyəti isə hüquqi münasibətlər sistemində ümumiyyətlə təmsil olunmurlar. Ənənəvi mediadan fərqli olaraq qanunvericilik onlar qarşısında KİV kimi heç bir məsuliyyət müəyyənləşdirmir. Yalnız «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» və «Telekommunikasiya haqqında» Qanunlara edilən sonuncu dəyişiklik provayderlər üzərində müəyyən məsuliyyət formalaşdırır. Bu isə ümumi mənzərə baxımından yetərli deyil. Buna görə də İH üzvləri internet üzərindən yayımlanan media vasitələrinin KİV kimi qeydiyyatının aparılmasını, bunun qanunvericilikdə əksini tapmasını, həmçinin qanunda internet media üçün texniki meyarların müəyyənləşdirilməsini təklif ediblər.

MŞ İdarə Heyətinin üzvləri həmçinin bildiriblər ki, mediadan sui-istifadə meyllərinə qarşı mübarizədə yalnız ictimai qınaqla kifayətlənmək effektiv nəticə vermir. Bu baxımdan Mətbuat Şurası haqqında ayrıca qanuna ehtiyacın duyulduğu önə çəkilib. Belə bir qanun həm imkan verəcək ki, Şuranın texniki imkanları genişlənsin, həm medianın özünütənzimləmə qurumu strukturu daha çevik fəaliyyət göstərsin, həm də adekvat məsuliyyət növlərinin seçilməsi ilə bu sahədə düzən yaradılsın. Bu, Prezident İlham Əliyevin iqtisadi müşavirədəki çıxışında səsləndirdiyi neqativ halların aradan qaldırılmasında həlledici rol oynayacaqdır.

İclasda diffamasiya məsələsinə media məkanındakı məsuliyyətin artırılması baxımından mühüm qanunvericilik təşəbbüsü kimi yanaşılıb. Vurğulanıb ki, diffamasiya heç də yalnız təhqir və böhtana görə azadlıqdan məhrumetmə cəzasının aradan qaldırılması ilə əlaqədar deyil. Diffamasiyanın dekriminallaşdırılması və bununla əlaqədar ayrıca qanunun mövcudluğu həm də medianın yol verdiyi nöqsana, qeyri-peşəkarlıq hallarına qarşı adekvat mülki cəza tədbirinin seçilməsini rəhbər tutur. Dünyanın bir sıra qabaqcıl ölkələrində mövcud prosedur uğurla tətbiq olunur və müsbət təsirini göstərir. Azərbaycanın da eyni yolu getməsinin vaxtı çatıb.

İclasda o da bildirilib ki, internet medianın həyatımıza təsiri artan xətt üzrə inkişaf etməkdədir. İH üzvləri bu təsirin istər cəmiyyətin, istərsə də dövlətin cəmiyyət üçün vacib olan maraq və mənafelərinin təminatına yönləndirilməsinin zəruriliyini vurğulayıblar. Bu baxımdan internet medianın maliyyələşməsinin vaxtının çatdığı fikri üzərində dayanılıb. Qeyd olunub ki, dövlət tərəfindən maliyyələşmə şərtləri bu istiqamətdə nizamlı mühitin formalaşmasına istər-istəməz müsbət təsirini göstərəcəkdir.

Ümumən media məkanımızdakı mühüm məsələlərdən biri də reklamla bağlıdır. Hazırda KİV-lərimiz ölkənin reklam bazarında zəif təmsil olunurlar. Bu isə onların maliyyə durumuna mənfi təsirini göstərməkdədir. Mövcud durumda dövlət qurumlarına məxsus elan və reklamların KİV-lərdə bölünməsinin həyata keçirliməsi ilə bağlı xarici təcrübənin tətbiqi aktuallaşıb. İH üzvlər eyni zamanda vurğulayıblar ki, hazırda dövlət qurumlarının reklam və elanlarının onlara məxsus media orqanlarında dərci həyata keçirilməkdədir. Habelə dövlət orqanlarının büdcəsinin bir faizi reklam-təbliğat işlərinə ayırılır. Hər iki hal yekun nəticə etibarilə həmin orqanları fəaliyyəti barədə ictimaiyyətin məlumatlılığının zəif təminatı deməkdir. Halbuki dövlət qurumları bu işlər üçün nəzərdə tutduqları vəsaiti ictimai rəyə təsir göstərən KİV-lərə yönləndirsələr, daha faydalı olar. Cəmiyyət onların gördükləri işlər haqqında daha çox informasiyalı olar.

Toplantıda səslənən məsələlərin təkliflər paketi şəklində ölkə rəhbərliyinə təqdim edilməsinə dair qərar qəbul edilib.

AzTV-də "Qətl planı" - Tarixi qətllər araşdırılacaq (FOTO/VİDEO)
AzTV-də "Qətl planı" - Tarixi qətllər araşdırılacaq (FOTO/VİDEO)
Kiyevdə Xocalı soyqırımı barədə sənədli film təqdim edilib (FOTO)
Kiyevdə Xocalı soyqırımı barədə sənədli film təqdim edilib (FOTO)
Los Ancelesdə Xocalı soyqırımı barədə ingilis dilində qısa film hazırlanıb
Los Ancelesdə Xocalı soyqırımı barədə ingilis dilində qısa film hazırlanıb
Loading Bars
Xəbər lenti
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb (FOTO)
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib (FOTO)
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
ATƏT Azərbaycanın azad edilmiş ərazilərində vasitəçilik missiyalarını təşkil etməyə hazırdır
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu
Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə
Yelo bankdan hamıya 14.9% ilə nağd kredit
MDU-da “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib (FOTO)
Şaxtadan qorunmaq üçün qurulan çadırlara 200-ə yaxın vətəndaş üz tutub - Trend TV
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib (FOTO)
Paşinyanın bəyanatı Rusiyanın hərb sənayesinə zərbə vurmaq niyyətini güdür - Siyasi şərhçi
Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək
Bakı və Sumqayıtda temperatur yüksəlib - FAKTİKİ HAVA
Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
Azərbaycanda 126 nəfər COVID-19-a yoluxub, 142 nəfər sağalıb, 3 nəfər vəfat edib
Prezident İlham Əliyev: Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb
UNEC-də Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan beynəlxalq tədbir keçirilib (FOTO)
Azərbaycana gələn türkiyəli mütəxəssislər 520 nəfərə yardım edib
Böyükşor və Zığ gölləri ilə bağlı fərman və sərəncamda dəyişiklik edildi
Ağcabədi sakinindən 10 kiloqram narkotik götürüldü
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Prezident İlham Əliyev: Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam
Prezident İlham Əliyev: Bizdə olan məlumata görə, təqribən 6-7 min işğalçı məhv edilibdir
Azərbaycan Prezidenti: Müharibənin son gününə qədər Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirilirdi
Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək
Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır
Azərbaycan Prezidenti: Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı
Azərbaycan Prezidenti: Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək
Prezident İlham Əliyev: Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb
Prezident İlham Əliyev: Biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq, bunu heç gizlətmirdik
Azərbaycan Prezidenti: AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi
Prezident İlham Əliyev: Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır
Pakistan şirkətlərinin işğaldan azad olunan ərazilərin bərpasına cəlbi müzakirə edilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistanda müharibədə həlak olanların yaxınlarına nəinki ev, bir daxma da verilmir
Prezident İlham Əliyev: Şəhid olmuş övladlarımızın ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək
Daha bir Vətən müharibəsi iştirakçısına vəzifə verildi (FOTO)
Ermənistanın güc strukturları çevriliş cəhdi ilə bağlı bəyanat yaydı
“Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi
Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır
Cəbrayılda daha bir nəfər minaya düşdü
Yerevan səmasında qırıcılar göründü (VİDEO)
Dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılacaq
Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşları aldadan şəxs ifşa edildi
Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir - Kamaləddin Qafarov
“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” filmi təqdim edilib (VİDEO)
AzTV-də "Qətl planı" - Tarixi qətllər araşdırılacaq (FOTO/VİDEO)
İranda 94 nəfər koronavirusdan ölüb
Ermənistan növbəti çevriliş astanasında - Əhali küçələrə axışır (VİDEO)
Türkiyəli həkimlər 150-dən çox qazimizi müayinə edib (FOTO)
Mediada zəruri islahatlar: Yenilikçi, yaradıcı, qərəzsiz medianın formalaşması üçün nələr edilməlidir? – ŞƏRH
Bank Respublika 2019 – 2020-ci illərdə keçirdiyi layihələr üzrə “Ən fəal bank” mükafatını qazanıb
Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru Bakıya gəlib (FOTO)
Möhtəşəm Triumf Palace layihəsində sərfəli şərtlərlə mənzillər əldə edə bilərsiniz (FOTO)
Prezident İlham Əliyev Ramanada şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib (FOTO) (YENİLƏNİB)
Sabah hava yağmursuz olacaq
Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib (FOTO/VİDEO)
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Ukraynada dəyirmi masa keçirilib (FOTO)
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Xocalı soyqırımı qurbanlarının qisası alındı - Deputat
Küveyt mediasında Xocalı soyqırımı barədə məqalələr dərc olunub
Ölkədə peyvənd olunanlar daha çox bu yaşda olanlardır - STATİSTİKA
Azəbaycanlılar Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar
Azərbaycanda 207 mindən çox insan koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
ÜST bölgələrdə işləyən tibb işçiləri üçün təlimlər keçirir
“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi
Nazirlikdən İTV-də polisin fəaliyyətinin tənqid edilməsi ilə bağlı AÇIQLAMA
Qarda yıxılaraq xəsarət alanların sayı artıb (ƏLAVƏ OLUNUB)
Xəzər dənizinin Azərbaycan sektorunda ən sərt qış mövsümü 97 il əvvəl olub - Coğrafiya İnstitutu
"Xocalı soyqırımını unutma!" mövzusunda videokonfrans təşkil edilib (FOTO)
Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək - DİN
Çörəyin qiymətinin artması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA
Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbsi ilə bağlı məlumat yayıb
Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanıldı
Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən virtual elmi konfrans keçirilib (FOTO)
Şamaxıda qanunsuz ov edən şəxslər saxlanılıb
Paşinyan Baş qərargah rəisini vəziəsindən azad etdi (ƏLAVƏ OLUNUB)
Ağdamda qardaş qardaşı bıçaqlayıb (FOTO)
Ermənistanda hərbi çevrilişə cəhd - Paşinyan tərəfdarlarını meydanlara çağırdı
Azərbaycan XİN-dən Lüksemburq xarici işlər nazirinə cavab
Son 3 gündə 8 kimsəsiz şəxs sığınacağa yerləşdirilib (FOTO)
Bank VTB-nin (Azərbaycan) Visa Platinum kart istifadəçiləri üçün xüsusi yaz təklifi
Sabahdan havanın temperaturu yüksələcək
BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
Gəncədə qarın təmizlənməsinə başlanıb (FOTO)
1915-ci il hadisələri və Xocalı soyqırımını anlamaq - Gerçək tarixin müzakirəsi
Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxunub
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 3 nəfər saxlanıldı (FOTO)
GUAM Katibliyi Xocalı soyqırımının qurbanlarının xatirəsini anıb
Xaçmazın kəndlərində internet avadanlıqlarının modernləşdirilməsi davam edir - Nazirlik
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi səmərəli fəaliyyəti ilə Azərbaycanın haqq işinə dəstəkdir - Naqif Həmzəyev
London və Edinburqda "Xocalıya ədalət!" lövhələri quraşdırılıb (FOTO)
Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq - Mustafa Şentop
Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir - Türkiyə parlamentinin sədri
Kiyevdə Xocalı soyqırımı barədə sənədli film təqdim edilib (FOTO)
Ombudsman Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvləri ilə görüş keçirib (FOTO)
Bakıda keçmiş məhkum avtomatla yaxalandı (FOTO/VİDEO)
Yerevanda etirazçılar yolları bağladı (VİDEO)
Bütün xəbərlər