...

Xaricdə dini təhsil almış şəxslər xüsusi yoxlamadan keçdikdən sonra din xadimi təyin edilir - Komitə sədrinin müavini

Cəmiyyət Materials 14 Noyabr 2022 12:43 (UTC +04:00)
Xaricdə dini təhsil almış şəxslər xüsusi yoxlamadan keçdikdən sonra din xadimi təyin edilir - Komitə sədrinin müavini
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov xaricdə dini təhsil almış din xadimlərinin Azərbaycanda müxtəlif dini vəzifələrdə çalışması məsələsinə münasibət bildirib.

Trend-in məlumatına görə, S.Heydərov noyabrın 14-də Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Azərbaycan: birgəyaşayış nümunəsi” mövzusunda konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, qanuna əsasən milli kadrlara üstünlük verilir.

“Eyni zamanda qanunda xaricdə dini təhsil almış şəxslərin din xadimi kimi fəaliyyət göstərməsinə müəyyən məhdudiyyət var, ancaq istisna hallarda xüsusi yoxlamadan keçdikdən sonra müsbət rəy olduğu halda onları din xadimi kimi təyin edirik”, - deyə S.Heydərov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti