...

Azərbaycan hər zaman dini təhlükəsizlik məsələlərini diqqətdə saxlayır - Səyavuş Heydərov

Cəmiyyət Materials 14 Noyabr 2022 13:15 (UTC +04:00)
Azərbaycan hər zaman dini təhlükəsizlik məsələlərini diqqətdə saxlayır - Səyavuş Heydərov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend.

Azərbaycan hər zaman dini təhlükəsizlik məsələlərini diqqətdə saxlayır.

Trend-in məlumatına görə, bunu noyabrın 14-də Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Azərbaycan: birgəyaşayış nümunəsi” mövzusunda konfrans çərçivəsində jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, Yaxın Şərqdəki proseslər göstərir ki, həmin bölgədə dini təlükəsizlik məsələləri zamanında həll edilsəydi, bugünkü mənzərə yaşanmazdı.

“Zamanında məzhəbçilik zəmində baş verən proseslər vətəndaş müharibəsi, dağıntılar və kütləvi insan qırğını ilə nəticələndi. Ona görə də müsəlman dünyası, o cümlədən Şərq ölkələri üçün dini təhlükəsizliyin təminatı olduqca vacib məsələdir. Azərbaycan da bu təhdidlərdən, bu proseslərdən sığortalanmayıb. Çünki dini mövqedən Azərbaycana yönləndirilən təhdidlər, təsirlər bir an belə səngimir.

Ona görə də biz ölkəmizdə dini təhlükəsizlik məsələlərinə hər zaman önəm veririk və artıq biz bu ənənəni ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin tərkib hissəsi kimi qəbul edərək diqqət mərkəzində saxlayırıq. Ümumiyyətlə bizim ölkəmizin din siyasətinə nəzər saldıqda iki başlıca vəzifə qarşımızda durur.

Dini etiqad, din azadlığının təminatı dövlətimizin din siyasəti üçün prioritet məsələdir. Ona görə də, bütün dini konfessiyaların nümayəndələrinə dövlət tərəfindən kifayət qədər diqqət və qayğı göstərilir. İkinci bir istiqamət dini təhlükəsizliyin təminatıdır. Bu iki məsələ bir-birinə o qədər bağlıdır ki, birində hər hansı gərginlik olarsa, digərinə təsir göstərir. Ona görə də dini təhlükəsizliyin təminatı elə din azadlığının təminatı üçün başlıca bir elementdir”, - deyə S.Heydərov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti