...

Sabah hava necə olacaq?

Cəmiyyət Materials 7 Mart 2024 12:41 (UTC +04:00)
Sabah hava necə olacaq?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mart ayının 8-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Trend-ə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək olacaq. Nisbi rütubət 75-85% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 10-15° isti dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti