...

Məktəblərdə publik hüquqi şəxsin formalaşdırılması vacibdir - Emin Əmrullayev

Cəmiyyət Materials 8 Aprel 2025 12:27 (UTC +04:00)
Məktəblərdə publik hüquqi şəxsin formalaşdırılması vacibdir - Emin Əmrullayev
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Məktəblərdə publik hüquqi şəxsin formalaşdırılması vacibdir.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev UNEC-də mühüm elmi müzakirələrə həsr olunmuş “Elm Festivalı”nda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda məktəblər Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərir.

"Məktəbin publik hüqiqi şəxsinin formalaşması uzunmüddətli prosesdir. Ona görə də hazırda gördüyümüz sadəcə transformasiya olaraq bu prosesi həyata keçirməkdir. Növbəti mərhələdə bunu pilot qaydada həyata keçirəcəyik. Amma adambaşına maliyyələşdirmə də vacibdir"- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti