...

Laborantların işə qəbulu üçün qeydiyyat müddəti uzadılıb

Cəmiyyət Materials 10 Aprel 2025 15:06 (UTC +04:00)
Laborantların işə qəbulu üçün qeydiyyat müddəti uzadılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul üzrə müsabiqəyə müraciətlərin çoxluğu nəzərə alınaraq qeydiyyat müddəti uzadılıb.

Trend xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, müraciət etmək istəyən şəxslər 10 aprel 2025-ci il saat 15:00-dan 11 aprel 2025-ci il saat 15:00-dək qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edilib ki, BŞTİ-nin rəsmi saytında 18.03.2025-ci il tarixində laborant vəzifəsinə işə qəbul müsabiqəsinə dair təqdim olunan link vasitəsilə qeydiyyatdan keçən şəxslərin yenidən müraciət etməsinə ehtiyac yoxdur.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə müsabiqəyə dair məlumatla tanış ola bilər.

Müsabiqə üzrə ümumi məlumat

https://baku.edu.gov.az/az/page/228/7645

Məqalədə:
Xəbər lenti

Xəbər lenti