...

"Foppapedretti"in qadın voleybolçuları "AzərReyl"ə fürsət buraxmayıblar

Cəmiyyət Materials 9 Fevral 2007 10:40 (UTC +04:00)

"AzərReyl" qadın voleybol klubu Çempionlar Liqasının birinci pley-off yarışında, Berqamoda "Foppapedretti" kollektivinə qarşı keçirdiyi görüşdə 0:3 hesabı ilə məğlubiyyətə uğrayıb.

Trend xəbər verir ki, bütün görüş boyu italyanlar oyunu nəzarətdə saxlayıb, rəqiblərinə oyunu qazanmaq fürsəti verməyiblər. Artıq ilk hissədə Faiq Qarayevin yetirmələri 14 top fərqi ilə (11:25) rəqiblərinə məğlub olublar ki, bu da oyunun qalan gedişini həll edib. Fasilədən sonra dəyişiklik baş verməyib və italyanlar 25:17 hesabı ilə qalib gəliblər.

Üçüncü hissədə də "AzərReyl" oyunu ümidsiz vəziyyətdən xilas edə bilməyib və16:25 hesabı ilə məğlub olub. Ona görə bir həftə sonra Bakıda keçiriləcək cavab görüşü "Foppapedretti" üçün formal xarakter daşıyacaq.

Xəbər lenti

Xəbər lenti