...

Kürün Azərbaycan hissəsinin aşağı axarlarında suyun səviyyəsi düşüb

Cəmiyyət Materials 31 May 2007 13:44 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Kür çayının Azərbaycan hissəsinin aşağı axarlarında suyun səviyyəsi son bir həftədə 80 sm düşüb. Trend in bölgə müxbirinin sözlərinə görə, hazırda Kürdə saniyədə 1180 kubmetr su keçir. Suyun səviyyəsi endiyindən 300-dən artıq su basmış evdən qrunt suları çəkilməyə başlayıb.

Havanın temperaturunun yüksək olması rayonda yolxucu xəstəliklərin yayılma ehtimalını artırıb.

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Mirəddin Ağayev cümə axşamı Trend ə bildirib ki, rayonda malyariya xəstəliyi aşkarlanmasa da, yaxın iki-üç günə qrunt suları basmış evlərdə dezinfeksiya işlərinə başlanılacaq.

Kürün səviyyəsi 3 metr 90 santimetrə qalxmışdı və saniyədə 1660 kubmetr su keçirdi.

Kürün aşağı hissəsində suyun səviyyəsi ən çox 2003-cü ildə qalxıb. Həmin il Kürdə saniyədə 1800 kubmetr su keçib.

Salyan paytaxt Bakıdan 115 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti