Bakı. Trend:
Fransada futbol üzrə Avropa çempionatının yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
Trend-in məlumatına görə, turnirin sürpriz komandalarından olan Uels Portuqaliya ilə qarşılaşıb.
İlk hissədə qapılar toxunulmaz qalsa da, 49-cu dəqiqədə Ronaldo dəqiq baş zərbəsi ilə rəqib qapısının torlarını tərpədib. 4 dəqiqə sonra Nani uelsliləri ikinci dəfə məyus edib – 2:0.
Beləliklə, Portuqaliya Avro-2016-nın ilk finalçısı olub.
Qeyd edək ki, yarımfinalın digər oyununda meydan sahibi Fransa və Almaniya qarşılaşacaqlar.