...

Keçmiş FİFA hakimi vəfat edib

İdman Materials 10 Mart 2024 04:37 (UTC +04:00)
Keçmiş FİFA hakimi vəfat edib

Bakı. Trend:

Rusiya Futbol İttifaqının Təftiş Komitəsinin keçmiş sədri və FİFA referisi Aleksey Spirin 72 yaşında vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının saytında bildirilib.

Məlumata əsasən, A.Spirin bu il yanvarın 31-də dünyasını dəyişib, Rusiya Futbol İttifaqına hakimin ölümü barədə onun ailəsi məlumat verib.

A.Spirin Rusiya futbol tarixində ən gənc FİFA hakimidir. O, 50-dən çox beynəlxalq oyuna çıxıb. O, 1991-ci il UEFA kubokunun finalının ilk oyununun baş hakimi olub, 1990-cı il dünya çempionatı, 1992-ci il Avro və 1988-ci il Olimpiya Oyunlarının oyunlarında işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti