...

“Yuventus” Alleqrini əvəzləməyə üç namizəd tapıb

İdman Materials 18 Mart 2024 18:50 (UTC +04:00)
“Yuventus” Alleqrini əvəzləməyə üç namizəd tapıb

Bakı. Trend:

“Yuventus”un baş məşqçi postuna namizədlər bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Turin təmsilçisi Massimiliano Alleqrini əvəzləyə biləcək mütəxəssisləri müəyyənləşdirib.

Hazırkı baş məşqçi postunu bu yay tərk etsə, Tyaqo Motta, Vinçentso İtalyano və Rafaele Palladinodan biri bu vəzifəyə gətiriləcək. Hər üç məşqçi hazırda öz klubunda çalışır. Motta “Bolonya”da, İtalyano “Fiorentina”da, Palladino “Montsa”da işləyir.

Qeyd edək ki, Alleqrinin müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Lakin onun öz istəyi ilə postundan ayrılması və ya istefaya göndərilməsi gözləniləndir.

Xəbər lenti

Xəbər lenti