...

İki güləşçimiz Avropa çempionatının finalında

İdman Materials 6 İyul 2024 02:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsinə start verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 2 güləşçimiz yarımfinalda mübarizə aparıb.

Vasif Bağırov (57 kq) yarımfinalda belaruslu Herbert Akapyanla (AIN) güləşib. Təmsilçimiz 10:3 hesabı ilə qalib gələrək, həlledici görüşə vəsiqə qazanıb.

Xetaq Karsanov (97 kq) fina yolunda gürcüstanlı Ramini Qulitaşvili ilə qarşılaşıb. Tam üstlüklə qalib gələn güləşçimiz qızıl medal uğrunda yarışacaq.

Qeyd edək ki, final görüşləri sabah baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti