Bakı. Trend:
Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında rapid üzrə şahmat yarışları başa çatıb.
Trend-in məlumatına görə, Azərbaycan təmsilçilərindən Paşam Əlizadə 9 oyundan 5,5 xal toplayaraq turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Qızlar arasında yarışan Məryəm Ağaverdiyeva isə 7 turdan 3,5 xal toplayaraq 9-cu yeri tutub.
Qeyd edək ki, şahmat yarışları aprelin 10-da keçiriləcək blits turniri ilə davam edəcək.