Bakı. Trend:
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasının C Liqası çərçivəsində üçüncü oyununu keçirib.
Trend-in məlumatına görə, 4-cü qrupda yer alan yığmamız səfərdə Monteneqro millisi ilə qarşılaşıb. Nikşiç şəhər stadionunda baş tutan görüş 1:1 hesabı ilə başa çatıb. Millimizin yeganə qolunu 54-cü dəqiqədə Manə Mollayeva vurub. Lakin meydan sahibləri əsas vaxta əlavə olunmuş dəqiqələrdə bərabərlik qolunu vuraraq məğlubiyyətdən xilas olublar.
Bu nəticədən sonra hər iki komanda xallarını 5-ə çatdıraraq qrupda 1-2-ci yerləri bölüşdürür.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı son oyununu mayın 30-da Bakıda Litva yığmasına qarşı keçirəcək. Monteneqro isə həmin gün səfərdə Litva ilə qarşılaşacaq. Qrupun qalibi son turda müəyyənləşəcək.