...

Fransa ilə Azərbaycan arasında nəqliyyat, telekommunikasiya sahəsində əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat Materials 2 Oktyabr 2019 17:56 (UTC +04:00)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Fransa Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb
Fransa ilə Azərbaycan arasında nəqliyyat, telekommunikasiya sahəsində əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Fransa Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Zakari Qross arasında görüş keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlikdə baş tutan görüşdə iki ölkə arasında nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin “Bakutel-2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Fransanın texnologiya şirkətlərinin məhsul və həllərinin nümayiş olunacağı Fransa Milli Pavilyonunun təşkili məsələsi müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti