...

OPEC 2020-ci ildə Azərbaycan neft hasilatı ilə bağlı proqnozları açıqlayıb

İqtisadiyyat Materials 11 Mart 2020 18:09 (UTC +04:00)
2020-ci ildə Azərbaycanda neft hasilatı sutkada 0,01 milyon barel azalaraq 0,77 milyon barel/sutka təşkil edəcək
OPEC 2020-ci ildə Azərbaycan neft hasilatı ilə bağlı proqnozları açıqlayıb

Bakı. Ləman Zeynalova - Trend:

2020-ci ildə Azərbaycanda neft hasilatı sutkada 0,01 milyon barel azalaraq 0,77 milyon barel/sutka təşkil edəcək.

Trend-in məlumatına görə, bu barədə OPEC-in neft bazarı haqqında mart hesabatında deyilir.

Fevral hesabatında Azərbaycanda neft hasilatının 0,01 milyon barel artacağı proqnozlaşdırılırdı.

OPEC-in məlumatlarına əsasən, yanvar ayında ölkədə 0,79 milyon barel/sutka maye karbohidrogen hasil olunub ki, bu da 2019-cu ilin dekabrı ilə müqayisədə dəyişməz qalıb.

Hesabat dövründə 665 min barel/sutka neft hasil olunub. Bu göstərici 2019-cu ilin dekabrı ilə müqayisədə 2 min barel/sutka azdır.

2019-cu ildə Azərbaycanda neft hasilatı 0,002 milyon barel/sutka azalıb və 0,79 milyon barel/sutka təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti