...

Mərkəzi Bankın valyuta ehtiyatları 12 faizə yaxın artıb

İqtisadiyyat Materials 11 Yanvar 2022 13:39 (UTC +04:00)
Mərkəzi Bankın valyuta ehtiyatları 12 faizə yaxın artıb

Bakı. Nəzrin İsrafilova - Trend:

2021-ci il dekabrın 30-a olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7,07 milyard dollar təşkil edib.

Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu göstərici bu ilin əvvəli ilə müqayisədə 11,8 faiz artıb.

Ötən ayla müqayisədə isə valyuta ehtiyatları 0,8 faiz və ya 0,05 milyard dollar artıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti