Bakı. Trend:
2022-ci il mayın 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7,085 milyard dollar təşkil edib.
Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, bu göstərici ötən ayla müqayisədə 0,7 faiz azdır.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə valyuta ehtiyatları 11,28 faiz artıb.
(Tərcümə: Orxan Nəbiyev)