Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 80,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 77,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,13 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 78,74 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,11 dollar/barel çoxdur.