...

Rəqabət Məcəlləsinin qəbul edilməsi ölkə iqtisadiyyatı üçün müsbət təsirləri olacaq

İqtisadiyyat Materials 24 Yanvar 2024 16:36 (UTC +04:00)
Rəqabət Məcəlləsinin qəbul edilməsi ölkə iqtisadiyyatı üçün müsbət təsirləri olacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqabət Məcəlləsinin qəbul edilməsi ölkə iqtisadiyyatı üçün çox əhəmiyyətli və müasbət təsirləri olacaq.

Bunu Trend-ə açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, bunun ölkənin biznes imkanlarına həm də idxal-ixrac potensialının genişləndirilməsinə böyük təsirləri olacaq.

"Digər tərəfdən ölkədə inhisarçılıq və monopoliyanın təsirlərini və bazar payının azaldılmasına təsir göstərəcək. Nəticə etibarilə bu məcəllənin qəbul edilməsi ölkədə rəqabət mühitinin daha da müsbət istiqamətə dəyişməsi, liberallaşmasına təsir göstərəcək. Bu da nəticədə qiymətlərin daha sabit qalmasını təmin edəcək və süni bahalaşmanın qarşısını alacaq. Rəqabət Məcəlləsinin qəbulunun kiçik və orta biznesə də müsbət təsirləri olacaq. Onların fəaliyyətinin stimullaşdırılmasına, investisiya yönümlü artmasına təsir edəcək. Hazırda kiçik və orta biznesə müsbət şərait yaradılır ki, idxal-ixrac əməliyyatlarının artmasına və fəaliyyətlərinin genişləndirilməsi üçün", - deyə iqtisadçı əlavə edib.

Ekspert qeyd edib ki, Məcəllənin qəbulu valyutanın artmasına, həm də qeyri-neft sektorunun inkişafına əhəmiyyətli təsiri olacaq.

"Kənd təsərrüfatı sahəsində həmçinin, emal sahəsinin genişləndirilməsi və həm yerli, həm xarici investisiyaların artmasına səbəb olacaq. Bütün bunlar yeni iş yerlərinin yaranması və məşğulluğun artmasına səbəb olacaq", - deyə o, qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanun 23 yanvar 2024-cü il tarixindəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti