...

Azərbaycan və Rusiya sərhəd körpüsünü bərpa edəcək - nəqliyyat nazirinin müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2007 19:28 (UTC +04:00)
Azərbaycan və Rusiya sərhəd körpüsünü bərpa edəcək - nəqliyyat nazirinin müavini

Azərbaycan, Bakı, / Trend müxbir S.Əliyev/ Xəzər İnteqrasiya İşgüzar Klubunun (CIBC) iclasında iştirak edən Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahovun verdiyi məlumata görə, Azərbaycan və Rusiya sərhəd körpüsünün bərpasına dair müqavilə imzalamaq niyyətindədirlər.

Tərəflər dekabrın 13-də Moskvada keçirilən Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq komissiyasının iclası zamanı mövcud körpünün bərpasına dair razılığa gəliblər. Fevralın 1-nə qədər layihə üzrə texniki və maliyyə sənədləşməsini hazırlayacaq işçi qrup yaradılmalıdır.

Sərhəd körpüsünün bərpası tərəflər arasında yükdaşımanın artmasına təsir göstərəcək.

Xəbər lenti

Xəbər lenti