...

Gürcüstan avia bazarında Çin şirkəti fəaliyyət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2009 17:10 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 iyun / Trend , N.Kirsxaliya /

İyulun 2-dən etibarən Gürcüstan aviabazarında Çinin daha bir aviaşirkəti JADE-CARGO-INTERNATIONAL fəaliyyət göstərəcək. Şirkət Frankfurt-Tbilisi-İnçeon marşrutu ilə tranzit yük reysləri həyata keçirəcək.

Şirkət nümayəndəliyindən bildirildiyi kimi, uçuşlar həftədə bir dəfə Boinq-747 təyyarəsi ilə həyata keçiriləcək.

Çin aviaşirkəti Asiyaya əsasən tranzit yük reysləri həyata keçirəcək.

JADE-CARGO-INTERNATIONAL aviaşirkəti bir həftə öncə reyslərin müəyyən edilməsi üçün Vahid Nəqliyyat Administrasiyasına müraciət edib.

Şirkətin kapitalının əsas hissəsi - 51 faizi Çinin, qalanı isə Almaniyanın payına düşür. Onun 25 faizi "Lufthanza-Kargo"-ya məxsusdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti