...

Azərbaycanda avtokreditlər sahəsində sabitlik davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2009 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 sentyabr / Trend , müxbir N.İsmayılova /

Azərbaycan banklarının avtomobil alınması üçün verdiyi kreditlərin şərtləri öz stabilliyini və əlverişliliyini saxlamaqda davam edir. Bu barədə bazar ertəsi lider avtomobil istehsalçılarının Azərbaycan üzrə nümayəndəliklərindən deyilib. Avtokreditlərin verilmə şərtləri əvvəlki səviyyədə saxlanılır və ya da faiz dərəcələrinin azaldılmasına istiqamətləndirilib.

Subaru avtosalonundan deyilib ki, salon Bank Respublika ilə əməkdaşlıq edir və kreditlə avtomobil 30 faiz ilkin ödənişlə, illik 22 faizlə, 5 il maksimum müddətlə alına bilər. Salon həmçinin lizinqlə 15 faizlik ilkin ödəmə, illik 19 faizlə dörd il müddətinə avtomobillər də təqdim edir.

Hyundai avtosalonundan deyilib ki, salon bankların siyahısını genişləndirib. Bank of Baku və Unibak vasitəsilə kreditlə avtomobil alınması zamanı ilkin ödəniş 25 faiz, illik fazi dərəcəsi 20 faiz təşkil edir və kreditlər 3 il müddətinə verilir.

Nissan və Ford avtosalonundan bildiriblər ki, onlarda kreditlə maşın alınması NBC Bank vasitəsilə keçirilir. Şərtlər bunlardır: ilkin ödəniş 20 faiz, faiz dərəcəsi illik 22-24 faiz, kredit müddəti 3-5 il. 50 faizlik ilkin ödəmə zamanı müştəri iki il müddətinə və faizsiz ödəmə həyata keçirir.

Toyota avtosalonundan deyilib ki, hazırda kreditlə avtomobil satışı Azərdəmiryol Bank vasitəsilə reallaşdırılır. Hazırda onlar avtomobil satışını illik 22 faiz, ilkin ödəniş 20 faizlə üç illik müddətə həyata keçirirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti