...

A/H1N1 virusunun qarşısının alnması üçün adi profilaktik tədbirlər görülür - Azərbaycanın baş epidemioloqu

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2009 16:25 (UTC +04:00)
Dünyada KİV-lərin A/H1N1 virusunu "qlobal problemə" çevirməsinə baxmayaraq, əslində bu adi qripdir. Bu qripin qarşısının alınması üçün adi profilaktik tədbirlər görülür. Bu barədə ölkənin baş epidemioloqu İbadulla Ağayev çərçənbə axşamı bildirib.
A/H1N1 virusunun qarşısının alnması üçün adi profilaktik tədbirlər görülür - Azərbaycanın baş epidemioloqu

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Dünyada KİV-lərin A/H1N1 virusunu "qlobal problemə" çevirməsinə baxmayaraq, əslində bu adi qripdir. Bu qripin qarşısının alınması üçün adi profilaktik tədbirlər görülür. Bu barədə ölkənin baş epidemioloqu İbadulla Ağayev çərçənbə axşamı bildirib.

"Əslində bu gələcəkdə daha ağır formaya keçən adi qripdir", - Ağayev deyib.

Onun sözlərinə görə, bu günədək ölən insanlardan heç biri "donuz qripinin" qurbanı olmayıb. Bu virus immun sistemini zəiflətdiyi üçün xəstələr digər xroniki xəstəliklərdən ölüblər.

"Hər bir ölkə, hər bir vətəndaş, o cümlədən Azərbaycanda da bilməlidirlər ki, qripə hər hansı bir formada nəzarət etmək mümkün deyil, buna görə də hər bir şəxs özü proflaftik tədbirlər görməlidir", - baş epidemioloq deyib.

Ağayev deyib ki, hər bir qrip virusunun 2-3 ilə yaxın, pandemiyanın isə 12-13 il təşkil edən müəyyən dövrü var.

"Qrip virusuna nəzarət etmək və onu saxlamaq mümkün deyil. Belə ki, o daima inkişaf edir və kəskinləşir. Lakin hər dəfə öz mutasiya dövrünü bitirdikdən sonra başa çatır", - Ağayev deyib.

Ağayev deyib ki, hər bir vətəndaş xəstəliyin ilk əlamətləri hiss olunduğu zaman mütləq yerli poliklinikaya müraciət etməli və analiz verməlidir. Nəticələrə görə, xəstələr Azərbaycanın Elmi-Təqdiqat Ağciyər Xəstəlikləri İnstitunda, uşaqlar isə 7 saylı Uşaq yoluxucu xəstəlikləri xəstəxanasında müalicə almalıdırlar.

Adi qriplə "donuz" və hətta "quş" və "at" qripi arasındakı fərqlərdən danışan Ağayev deyib ki, xəstəliyin əlamətlərində heç bir fərq yoxdur və yalnız laborator analizlərin nəticəsinə əsasən diaqnoz qoymaq olar.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, indiyədək "donuz qripi"ndən 209 ölkədə 6,260 min nəfər ölüb. Onlardan 5336 faktda A/H1N1 virusunun olması təsdiqini tapmayıb.

Azərbaycanda indiyədək bu qripə 14 yoluxma halı aşkar edilib. Onlardan 13-ü tam sağalıb, bir nəfər isə Ağciyər Xəstəlikləri İnstitutunda yerləşir. Xəstə sabah, sonuncu tam müayinədən sonra evə buraxılmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti