...

Azərbaycanda xarici investisiyaların həcminin yarısı Britaniyanın payına düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2009 14:57 (UTC +04:00)
Böyük Britaniya Azərbaycanda investisiyaların həcminə görə lider mövqeyini qoruyub saxlamaqda davam edir və noyabrda xarici investisiyaların ümumi həcmində Britaniyanın payı 50 faiz təşkil edib. Bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsindən deyilib. Britaniya investisiyaları 641,02 milyon manat təşkil edib.

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir N.İsmaylova/

Böyük Britaniya Azərbaycanda investisiyaların həcminə görə lider mövqeyini qoruyub saxlamaqda davam edir və noyabrda xarici investisiyaların ümumi həcmində Britaniyanın payı 50 faiz təşkil edib. Bu barədə çərşənbə günü Dövlət Statistika Komitəsindən deyilib. Britaniya investisiyaları 641,02 milyon manat təşkil edib.

Noyabr ayı ərzində xarici ölkələrin və beynəlxalq investisiya təşkilatlarının Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyanın 86,5 faizi (1107,7 milyon manat) Böyük Britanıya, ABŞ, Yaponiya, Norveç, Fransa, Çexiya və Türkiyədən olan investorların payına düşüb.

Amerika investisiyası 196 milyon manat (ümumi çəkinin 15,3 faizi), Yaponiya 101,9 milyon manat (8 faiz), Norveç 63,49 milyon manat (5 faiz), Fransa 34,35 milyon manat(2,7 faiz), Türkiyə 50,26 milyon manat (3,9 faiz), Çexiya 20,62 milyon manat (1,6 faiz), Koreya 12,22 milyon manat (1 faiz), BƏƏ 3,66 milyon manat (0,2 faiz), Səudiyyə Ərəbistanı 2,08 milyon manat (0,2 faiz), Avstriya 2,18 milyon manat (0,2 faiz), İsveç 12,05 milyon manat (0,9 faiz), İtaliya 723,4 min manat, Almaniya 300,5 min manat, Qazaxıstan 1,68 milyon manat (0,1 faiz) təşkil edib.

Beynəlxalq Maliyyə İnstitutlarından ən böyük həcmli investisiyanı Dünya Bankı yatırıb - 80,03 milyon manat (ümumi çəkinin 6,2 faizi). Azərbaycanda layihələrin reallaşdırılması üçün Asiya İnkişaf Bankı 29,91 milyon manat (2,3 faiz), Avropa Yenidənqurma və İnkişaf Bankı 19,01 milyon manat (1,5 faiz), İslam İnkişaf Bankı 3,14 milyon manat (0,2 faiz), Küveyt İqtisadi İnkişaf Fondu 5,62 milyon manat (0,4 faiz) yönəldib.

Dekabrın 16-na olan rəsmi məzənnə 0,803 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti