...

BVF 2010-cu ildə Qafqaz və Mərkəzi Asiya ölkələri iqtisadiyyatının bərpa olunacağını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2010 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir N.İsmayılova/

2009-cu ildə dünya maliyyə böhranı ilə əlaqədar olaraq bir sıra zədələrlə üzləşən Qafqaz və Mərkəzi Asiya ölkələri regionunda vəziyyət Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən 2010-cu ildə yaxşılaşacaq. Bu barədə BVF-in Azərbaycan üzrə missiyasının rəhbəri Ninke Omes çərşənbə günü Bakıda Azərbaycan-Amerika Ticarət-Sənaye Palatasının (AMCHAM) üzvləri üçün təqdimat zamanı deyib.

"2009-cu ildə region ölkələrinə, həmçinin neft ixrac edən ölkələrə, o cümlədən neftin qiymətinin kəskin azalması səbəbindən özündə mənfi təsirlər hiss edən Azərbaycana kapital axınında zəiflmə müşahidə olunub", - Omes deyib.

Onun sözlərinə görə, BVF-in proqnozlarına əsasən, 2010-cu ildə dünya iqtisadiyyatının bərpa olunması gözlənilir. Bu proses xüsusilə də regionun neft ixrac edən ölkələrinə müsbət təsir edəcək ki, bu da neftin qiymətinin bərpa olunması ilə izah olunur.

"Qazaxıstan istisna olmaqla, regionun ixcracçı ölkələrində maliyyə zədələrinin həddi aşağı səviyyədə olub, Azərbaycanda isə maliyyə sektorunda vəziyyət müsbət olub", - o deyib.

Daha stabil artım üçün BVF Azərbaycana iqtisadiyyatın və onun islahatlarının diversifikasiyasını davam etdirməyi təklif edib.

Böhranın mənfi təsirlərinin nəticələrindən biri də region ölkələrində ixracatda əhəmiyyətli dərəcədə azalma olub, Azərbaycanda azalma təxminən 30 faiz təşkil edib.

Böhranın mənfi təsirləri digər tərəfdən regionun ixracçı ölkələrinə kapital axınının azalması ilə müşahidə olunub. Üçüncü zədə, böyük hissəsi Rusiyadan olmaqla, digər ölkələrdən pul köçürmələrinin azalması olub ki, bu da xüsusilə neft idxal edən ölkələrə mənfi təsir edib.

"Azərbaycanda pul köçürmələri elə də əhəmiyyətli rol oynamır, buna görə də pul köçürmələrinin azalması ölkə iqtisadiyyatına güclü təsir etməyib", - Omes deyib.

Xəbər lenti

Xəbər lenti