...

ADIF müflisləşmiş "Royal Bank"ın əmanətçilərinə müraciət edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2013 15:15 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) 16 iyul 2012-ci il tarixdə sığorta hadisəsi baş vermiş "Royal Bank" ASC-nin bütün əmanətçilərinin diqqətinə çatdırır ki, Fond sığorta hadisəsi baş vermiş bankın əmanətçilərinin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
ADIF müflisləşmiş "Royal Bank"ın əmanətçilərinə müraciət edib

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) 16 iyul 2012-ci il tarixdə sığorta hadisəsi baş vermiş "Royal Bank" ASC-nin bütün əmanətçilərinin diqqətinə çatdırır ki, Fond sığorta hadisəsi baş vermiş bankın əmanətçilərinin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ADIF-in yaydığı məlumatda deyilir.

"Royal Bank"in qorunan əmanətçilərinə kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə 21 iyul 2012-ci il tarixdə dərc edildiyini nəzərə alaraq, ADIF ərizə qəbulu üçün son müddətin 22 iyul 2013-cü il tarixi olduğunu (21 iyul bazar günü olduğunu nəzərə alaraq) ictimaiyyətin diqqətinə çatdırır və bu günə qədər qorunan əmanətləri üzrə kompensasiyanın alınması üçün müraciət etməyən əmanətçilərə zəruri sənədləri toplayaraq tez bir zamanda Fond tərəfindən seçilən agent banklara ("Muğanbank" ASC, "Bank Respublika" ASC və "AGBank"ASC) və onların filiallarına müraciət etmələrini xahiş edir.

Seçilmiş agent bankların kompensasiyaların ödənilməsində iştirak edən filialları, onların ünvanları və əlaqə telefonları barədə əlavə məlumatı Fondun rəsmi internet səhifəsinə (adif.az) daxil olaraq, ADIF-in əlaqə nömrələrinə: (012) 596 65 91/92/93 və "941" qaynar xəttə zəng edərək və ya Fondun ofisinə (Bül-bül pr. 40) gələrək əldə etmək mümkündür.

Qeyd edək ki, sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə qorunan əmanətinin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti