...

"Unibank" nağd kreditlər aksiyası çərçivəsində avtomobil sahibini müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2014 14:48 (UTC +04:00)
Günün adamı İsmayıl İsmayılovdur! Çünki minlərlə "Unibank" müştərisi içərisindən Nissan Tiida avtomobilini məhz İsmayıl qazandı.
"Unibank" nağd kreditlər aksiyası çərçivəsində avtomobil sahibini müəyyənləşdirib

Azərbaycan, Bakı, 24 fevarl/Trend/

Günün adamı İsmayıl İsmayılovdur! Çünki minlərlə "Unibank" müştərisi içərisindən Nissan Tiida avtomobilini məhz İsmayıl qazandı.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, "Unibank"dan kredit götürən Bakı sakini, cəmi bir ay sonra hər kəsin bankının onu necə sevindirəcəyini heç fikrinə belə gətirmirdi: "Mən 2 ildir ki, "Unibank"ın müştərisiyəm. Bu müddətdə bankdan bir neçə dəfə kredit götürmüşəm və bu kreditlər hər dəfə müəyyən arzularımın həllinə kömək edib. Yəni, Unibank illərdi mənim planlarımı həyata keçirməyimə dəstək ünvanı olub. Amma doğrusu, heç vaxt inanmazdım ki, mən kredit götürməyimin müqabilində avtomobil sahibi ola bilərəm. Bankdan zəng edib deyəndə ki, lotereyada avtomobil qazanmısınız, düz 4 saat həyacandan, sevincdən özümə gələ bilmədim. İnana bilmirdim, çünki mən bu vaxtadək lotereyada nəsə qazanmamışdım. Sonra banka özüm bir daha zəng edib danışandan sonra, inandım. Ailəm, dostlarım sevinc içərisindədirlər. Amma iş yoldaşlarımı hələ də inandıra bilməmişəm ki, "Unibank"dan avtomobil qazanmışam. Maşını görəndən sonra, yəqin onlar da inanacaq".

İsmayıl gəmiqayırma zavodunun işçisidir və avtomobil qazanmasını həyatının böyük hədiyyəsi kimi qiymətləndirir. "Unibank" hər zaman bizim ailəmiz üçün əziz olub. Belə gözəl və gözlənilməz hədiyyələr isə insanların sevimli banklarına inamını daha da artırır. Müraciət etdiyin bank da, dost seçmək kimidir. Gərək seçimini uğurlu edəsən, mənim Unibankı seçdiyim kimi".

"Unibank"ın növbəti uğurlu müştərisinin hədiyyəsi isə Nissan Altima olacaq. Martın 10-dək davam edəcək "Nağd kredit alın və Nissan avtomobili qazanmaq şansını əldə edin" adlı lotereyası çərçivəsində, bankın daha bir müştərisi Nissan Altima avtomobili əldə etmək şansı qazanacaq. 10 mart 2014-cü il tarixinədək Unibankdan kredit götürən bütün müştərilər, lotereya oyununun iştirakçısı olacaqlar. Lotereyanın hər tirajında 5 ədəd İPhone 5 telefonu, 30 ədəd isə 100 AZN-lik pul mükafatı oynanılır. İkinci tirajın qaliblərinin siyahısı unibank.az saytında (http://www.unibank.az/az/about-bank/news/222/) və "525-ci qəzet"də dərc olunub.

Şərtlərə əsasən, lotereya müddətində müştərinin bankdan götürdüyü Nağd kreditin hər 100 AZN/USD-si 1 şans kimi qiymətləndirilir. Əgər müştəri Unibank-dan ilk dəfə kredit götürürsə, bu zaman həmin müştərinin götürdüyü nağd kreditin hər 100 AZN/USD -si 2 şans kimi qiymətləndirilir.

Üstəlik, hal-hazırda kampaniya çərçivəsində kredit götürən müştərilərə 6% -dək endirim edilir.

"Unibank"dan kredit götürün ki, hədiyyəniz avtomobil olsun!

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti