...

Bu il Gürcüstanla Azərbaycan arasında ticarət döviyyəsi 16 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2021 13:09 (UTC +04:00)
Bu il Gürcüstanla Azərbaycan arasında ticarət döviyyəsi 16 faiz artıb

Bakı. Trend:

Bu il Gürcüstanla Azərbaycan arasında ticarət döviyyəsi 16 faiz artıb.

Trend-in məlumatına görə, bunu Gürcüstan Ticarət-Sənaye Palatasının prezidenti Georgi Pertaya bu gün Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu zamanı deyib.

Onun sözlərinə görə, bu forum ticarətin inkişafı üçün yeni imkanların yaradılmasına yönəlib və vacib regional mexanizmdir.

"Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 16 faiz, Türkiyə ilə 30 faiz artıb. Bu, ticarət münasibətlərinin inkişafına və xarici investisiyaların cəlbinə bilavasitə təsir edir", - deyə o bildirib.

O ümidvar olduğunu bildirib ki, bu cür əməkdaşlıq gələcəkdə ölkələr arasında iqtisadi münasibətlərin rifaı naminə davam edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti